Özbəkistanın "Yeni Daşkənd" kompleksində keçirilən Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində Qarabağ bölgəsində, Füzuli rayonunda fəaliyyət göstərən Mirzə Uluqbəy adına məktəbin direktoru çıxış edib.
Məktəb rəhbərinin çıxışı tədbirdə iştirak edən prezidentlərin qarşısında səsləndirilib. Həmçinin məktəbdən bir qrup şagirdin Özbəkistana səfəri haqqında məlumat verilib.
Təqdimat zamanı təqaüd proqramı ilə təmin olunan şagirdlər də daxil olmaqla, məktəbin fəaliyyəti barədə ümumi məlumat Prezident İlham Əliyevə çatdırılıb.