Məktəbli formalarının alınması valideynlərin sərbəst qərarı əsasında həyata keçirilməlidir və onları müəyyən satış məntəqəsinə istiqamətləndirmək olmaz.
Valideynlərə övladlarının geyim formaları haqqında məlumatı təhsil aldıqları məktəblərdən və həmçinin yerli təhsili idarəetmə orqanlarından almaq tövsiyə edilir.
Nazirlər Kabinetinin 17 mart 2022‑ci il tarixli qərarına əsasən, ümumi təhsil müəssisələrində tətbiq edilən geyim formalarının dörd növü müəyyən edilib.
Həmin qərar çərçivəsində 2022‑ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası uyğun geyim formasını seçib. Seçilmiş vahid geyim forması ən azı üç tədris ili boyunca saxlanılmalıdır.