19 avqust saat 11:00-a olan məlumatda bildirilir ki, paytaxt məktəblərinin birinci sinfinə 39 094 uşaq üçün elektron sistem vasitəsilə sorğular göndərilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlayıb ki, valideynlərin elektron qeydiyyatla bağlı ümumilikdə 4 769 müraciəti operativ qaydada cavablandırılıb. Bu müraciətlərdən 113-ü alternativ qeydiyyat mərkəzlərinə, 3 980-i sistemin “Əlaqə” bölməsi vasitəsilə, 676-sı isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə ünvanlanıb.
Qeyd edilir ki, 2026–2027-ci tədris ili üçün I sinfə qəbula elektron başlanğıc mayın 6-dan verilib və qəbul prosesi www.mektebeqebul.edu.az portalı üzərindən həyata keçirilir.