Bakıda və Abşeron yarımadasında oktyabrın 30-u üçün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-14 dərəcə isti, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 65-75 faiz arasında təyin olunur.

Ölkə üzrə ərazilərdə bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağış, şimşək çaxması və dolu düşməsi ehtimal olunur; yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman müşahidə edilə bilər. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14 dərəcə isti, gündüz 16-19 dərəcə isti olacaq; dağlıq zonalarda gecə 0-5 dərəcə isti, gündüz 5-9 dərəcə isti olacaq.