Bakıda Zığ Sağlamlıq Mərkəzinin rəhbərliyində dəyişiklik edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Anar Bayramov tərəfindən imzalanmış əmrlə mərkəzin baş həkimi Naibə Əzizova vəzifəsindən azad edilib.
Eyni əmrdə Şəlalə Səfərova Zığ Sağlamlıq Mərkəzinin yeni baş həkimi təyin olunub. Səfərova bundan əvvəl Xətai rayonundakı 7 saylı Şəhər Poliklinikasına rəhbərlik edib.