Sosial şəbəkələrdə bankların xidmət səviyyəsinə dair narazılıqlar hələ də artmaqda davam edir. Bu dəfə «Müştəriyəm, şikayətim var» qrupunda vətəndaş Murad Əliyev Bank of Baku ilə əməkdaşların fəaliyyətindən narazılığını ifadə edib.
Vətəndaşın iddialarına görə, bank əməkdaşlarının nümayiş etdirdiyi davranış müştərinin hüquqlarının pozulması və psixoloji təzyiq həddinə çatıb. O, həmçinin əlavə edib ki, mövcud problemlərdən xəbərdar olunsa da müştəri ilə əlaqə qurulması mümkün deyil. Belə ki, rəsmi chat bölməsi, eləcə də WhatsApp, Messenger və Instagram kanalları üzrə müraciətlərə cavab verilmədiyi iddia olunur.
«Yeni Sabah» xəbər verir ki, şikayətçinin sözlərinə görə, Bank of Baku ilə bağlı mövcud narazılıqlar diqqətlə araşdırılmalı və müştərilərin yönəlik münasibətlərin təkmilləşdirilməsi üçün addımlar atılmalıdır.