Şərqi Avropa dövlətləri dünyada adambaşına düşən spirtli içki istehlakı siyahısında ön sıraları tutur.

Qlobal hesabatlara görə, ən yüksək göstərici Rumıniyada qeydə alınıb; ölkədə il ərzində adambaşına 17,1 litr təmiz spirt istehlakı müşahidə olunub. Rumıniyanı 15,5 litrlə Gürcüstan, 14,7 litrlə Latviya, 14,1 litrlə Moldova və 13,7 litrlə Çexiya izləyir.

Regionun digər ölkələrində də istehlak nisbətən yüksəkdir: Litva, Polşa, Bolqarıstan, Belarus, Macarıstan və Slovakiyada il ərzində adambaşına 11 litrdən artıq spirt istehlakı qeyd olunur.

ABŞ-də adambaşına illik təmiz spirt istehlakı 9,8 litrdir. Kanada, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya və İrlandiya kimi inkişaf etmiş ölkələrdə istehlak səviyyəsi təxminən 10 litr ətrafında və ya daha yüksək həddədir.

Avropa daxilində isə fərqlər mövcuddur: Cənubi Avropa ölkələri, məsələn İtaliya və Yunanıstan, Şərqi Avropanın bir sıra dövlətlərindən aşağı göstəricilərə malikdir. Skandinaviya ölkələri — İsveç, Finlandiya və Danimarka — qlobal miqyasda orta-yüksək səviyyədə yerləşir.

Ekspertlərə görə, spirtli içki istehlakını formalaşdıran əsas amillər içki mədəniyyəti, qiymətlər və vergilər, dövlət tənzimləyici siyasət, ictimai səhiyyə strategiyaları və dini-mədəni normalardır.

Ən aşağı göstəricilərin müşahidə olunduğu ölkələrdə çox vaxt spirtli içkilərə dini və mədəni məhdudiyyətlər təsir edir. İran, Küveyt, Pakistan və Səudiyyə Ərəbistanı kimi ölkələrdə adambaşına illik spirt istehlakı çox aşağı səviyyədədir; bəzi Yaxın Şərq və Şimali Afrika dövlətlərində isə satış və istifadəyə qanuni məhdudiyyətlər tətbiq olunur.

181 ölkənin yer aldığı reytinq daxilində keçmiş SSRİ və region üzrə adambaşına illik spirtli içki istehlakı aşağıdakı kimi sıralanıb:

2. Gürcüstan – 15,5 litr 3. Latviya – 14,7 litr 4. Moldova – 14,1 litr 5. Litva – 12,2 litr 6. Belarus – 11,4 litr 7. Rusiya – 10,5 litr 8. Estoniya – 10,5 litr 9. Ukrayna – 7,4 litr 10. Qazaxıstan – 5,4 litr

102. Ermənistan – 4,3 litr 104. Qırğızıstan – 3,9 litr 123. Türkmənistan – 3 litr 132. Azərbaycan – 2,3 litr 133. Türkiyə – 2,2 litr 134. Özbəkistan – 2,1 litr 159. Tacikitsan – 0,7 litr 179. İran – 0,1 litr