Məktəblərdə təşkil olunan psixoloji xidmətlər uşaqların psixoloji çətinliklərini vaxtında müəyyən etmək və müdaxilə etmək baxımından əhəmiyyətlidir. Lakin yalnız məktəbdə psixoloqun mövcud olması bunun effektli bir sistem deməsi anlamına gəlmir.
Psixoloq Dilruba Həsənova bildirir ki, məktəb psixoloqunun əsas funksiyası təkcə problemli şagirdi qəbul edib onunla söhbət aparmaq deyil. Onun sözlərinə görə, effektiv xidmət erkən aşkarlama, profilaktika, davamlı müşahidə, valideyn və müəllimlə sıx əməkdaşlıq və düzgün istiqamətləndirməni əhatə etməlidir.
Uşaqlarda yaranan psixoloji çətinliklər çox vaxt