Bir sıra ümumtəhsil müəssisələrində binanın təmiri və ətrafın abadlaşdırılması üçün vəsait ayrılması nəzərdə tutulub.
Bu məqsədlə 4 milyon 14 min 203,39 manat məbləğində maliyyə resursu planlaşdırılır. İşlər Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən icra olunacaq.
Görüləcək tədbirlər çərçivəsində məktəb binalarının və onların qurğularının yenilənməsi, eləcə də məktəbətrafı ərazilərin abadlaşdırılması işləri həyata keçiriləcək. Bundan əlavə, kommunal və kommunikasiya sistemlərinin təkmilləşdirilməsi də planın əsas istiqamətlərində göstərilib.
Layihənin məqsədi ümumtəhsil müəssisələrinin texniki vəziyyətini yaxşılaşdırmaq, həmçinin daha təhlükəsiz və əlverişli təhsil şəraiti yaratmaqdır.