Məktəbli formalarının alınması valideynlərin azad seçimi əsasında həyata keçirilir və onları məqsədli şəkildə konkret satış yerlərinə yönləndirmək qadağandır.

Valideynlər övladlarının geyim formaları ilə bağlı ətraflı məlumatı təhsil aldıqları məktəblərdən və yerli təhsili idarəetmə orqanlarından ala bilərlər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarına əsasən ümumi təhsil müəssisələri üçün geyim formalarının təsvirləri təsdiqlənib və bu sənəddə 4 növ geyim forması müəyyənləşdirilib.

Həmçinin bildirilib ki, hər bir ümumi təhsil müəssisəsinin 2022-ci ildə Pedaqoji Şurası seçilmiş geyim forması ilə bağlı qərar qəbul edib və vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişdirilə bilməz.