Türkiyəli məşhur müğənni Mustafa Sandal yeni görünüşü ilə diqqət çəkib. 56 yaşlı sənətçi İstanbulda keçirilməmiş Harbiye Cemil Topuzlu Açıq Hava Teatrındakı konsertdə pərəstişkarlarının qarşısına fərqli imiclə çıxıb.
İllərdir eyni saç düzümü ilə tanınan Sandal saçlarını tamamilə qırxdıraraq görüntüsünü dəyişib. Yeni imici konsertə gələnləri və sosial şəbəkə istifadəçilərini marağa səbəb olub.
Sənətçi gecədə “Araba”, “Aya Benzer”, “Jest Oldu” və “İsyankar” kimi məşhur mahnılarını ifa edib. Səhnə enerjisi ilə yanaşı, yeni görünüşü də diqqəti çəkib.
Konsertdən sonra sosial şəbəkə hesabında paylaşım edən Mustafa Sandal soyuq İstanbul axşamında onu tək qoymayan dinləyicilərinə təşəkkür edib:
“Soyuq bir İstanbul axşamında sımsıram bir Harbiye atmosferi yaşadıq. Təşəkkürlər İstanbul! Sizi sevirəm”.