Məktəbli formalarının alınmasında seçim valideynlərin ixtiyarındadır və kimsə onları məqsədli şəkildə konkret satış məntəqəsinə yönəldə bilməz.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) valideynlərə övladlarının təhsil aldığı təhsil müəssisələrindən və yerli təhsili idarəetmə bölmələrindən bu barədə ətraflı məlumat əldə etməyi tövsiyə edib.

Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən, ümumi təhsil müəssisələrində dörd növ geyim formasından yalnız biri tətbiq oluna bilər. Hər bir məktəb 2022-ci ildə Pedaqoji Şura tərəfindən bu məsələ ilə bağlı qərar qəbul edib.

Qaydada həmçinin vahid geyim formasının ən azı üç tədris ili müddətində dəyişdirilmədən saxlanılması nəzərdə tutulub, yəni seçilmiş forma müəyyən müddət üçün qüvvədə olacaq.