Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi icra olunub.
Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, Moskva Kiyevin nəzarətində olan ərazilərdən 103 rusiyalı hərbçini geri alıb. Qeyd edilir ki, bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 103 hərbi qulluqçusu qarşı tərəfə təhvil verilib.
Əsir mübadiləsinin keçirildiyi dəqiq məkan və vaxtla bağlı açıqlamada əlavə detallara yer verilməyib.