Son dövrlərdə Səhiyyə Nazirliyi özəl klinikalar və estetik mərkəzlərdə yoxlamaları daha sıx aparır. Bu tədbirlər çərçivəsində sosial şəbəkələrdə yayılan şikayətlər də diqqət mərkəzinə çevrilib.

Şikayətlər arasında fəaliyyət göstərən müəssisələrdən biri kimi “Vefa Esthetik Center” MMC də qeyd olunur. Vətəndaşların bildirilməsinə görə, mərkəzdə təqdim olunan bəzi tibbi estetik xidmətlərlə bağlı narazılıqlar mövcuddur.

Xüsusilə mərkəzdə keyfiyyətsiz botoks preparatlarından istifadə olunduğu barədə iddialar səslənir. Bu iddialar təsdiqlənərsə, məsələ yalnız xidmət səviyyəsi ilə məhdudlaşmayacaq, əksinə vətəndaşların sağlamlığına təhlükə yarada bilər.

Səhiyyə Nazirliyinin nəzarətin gücləndirilməsinə yönəlmiş addımları bu cür iddiaların obyektiv şəkildə araşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Planlaşdırılan yoxlamalar zamanı təqdim olunan tibbi xidmətlərin və istifadə olunan preparatların tələblərə uyğunluğu qiymətləndirilə bilər.

Mövzu ilə bağlı aidiyyəti qurumların aparacağı yoxlamanın nəticələri “Vefa Esthetik Center” MMC haqqında səsləndirilən iddialara aydınlıq gətirəcək və lazım gəldikdə müvafiq tədbirlər görüləcək.