2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada lisey və gimnaziyalara qəbul olunmuş şagirdlərin elektron yerdəyişməsi sistemində avtomatik sorğular formalaşdırılıb.

Qəbul prosesinin qaydalarına görə, qəbul olunan şagirdlərin sənədləri 27 avqust saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim edilməlidir.

Sənədləri təqdim etmək üçün valideyn və ya qanuni nümayəndə şagirdin şəxsi kabinetinə daxil olaraq elektron ərizəni çap etməli və imzalamalıdır. İmzalanmış ərizə şagirdin hazırda təhsil aldığı məktəbə təqdim olunmalı, oradan şəxsi iş götürülərək qəbul edildiyi lisey və ya gimnaziyaya verilməlidir.

Valideynlər qəbulla əlaqədar prosesin gedişini şagirdin şəxsi kabinetindəki "Sorğularım" bölməsindən izləyə bilərlər.