2026-08-18 — Bakıda fəaliyyət göstərən Zığ Sağlamlıq Mərkəzində rəhbərlikdə dəyişiklik həyata keçirilib.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zığ Sağlamlıq Mərkəzinin baş həkimi Naibə Əzizova vəzifəsindən azad edilib.
Başqa bir əmrlə Şəlalə Səfərova həmin mərkəzin baş həkimi təyin edilib. O, bundan əvvəl Xətai rayonundakı 7 saylı Şəhər Poliklinikasında baş həkim işləyib.