Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, şagirdlərin elektron yerdəyişməsi prosesi işə salınıb.

Agentlik qeyd edib ki, saat 15:00-dan başlayaraq 2026–2027-ci tədris ili üçün yerdəyişmə prosesi aktivləşdirilmişdir. Əməliyyat 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edir.

Yerdəyişmələr sy.edu.az portalı üzərindən həyata keçirilir.

İnternetə çıxışı olmayan vətəndaşlar üçün Agentlik və yerli təhsil idarələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə və ASAN xidmət mərkəzlərinə müraciət etmək imkanı yaradılıb.