Ixtisas seçimi mərhələsi 12–19 avqust tarixlərində başa çatıb və bu prosesdə 87 mindən artıq abituriyent öz ixtisas ərizəsini təsdiqləyib.
Elm və təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, I və II qruplarda plan yerlərinin iddiaçılara nisbətdə kifayət qədər olması səbəbindən gərginlik nisbətən aşağıdır. Buna qarşılıq olaraq III və IV qruplarda rəqabətin yüksək səviyyədə olduğu müşahidə olunur.
Abdullayevin sözlərinə görə, xüsusən III qrupda müraciət baxımından ciddi sıxlıq mövcuddur və ən azı 5 minlə 8 min arasında abituriyentin kəsiləcəyi gözlənilir. O, həmçinin Dövlət İmtahan Mərkəzinin rəhbərliyinin də oxşar təxminlər irəli sürdüyünü vurğulayıb və statistik təhlillərin bu nəticələri təsdiqlədiyini qeyd edib.
İxtisas seçimi zamanı yüksək bal toplamış abituriyentlərin daha çox əvvəlcədən planlaşdırdıqları texniki və humanitar istiqamətlərə yönəldikləri, aşağı bal toplamışların isə gələcəkdə iş tapmaq şansını nəzərə alaraq ixtisas seçdikləri bildirilib.
Müəllimlik ixtisasına müraciət edənlərin sayının nisbətən az olduğu vurğulanıb. Valideynlər, nənə-babalar və şagirdlər arasında universitetə qəbulun əsas hədəf olduğuna dair təəssüratın müşahidə edildiyi, bir çox peşələr üzrə iş üçün tələb olunan bacarıqların önəmli olduğu və diplomun vasitəçi rol oynadığı qeyd olunub.
Eyni zamanda müəllimlik, hüquqşünaslıq və tibb kimi ixtisasların birbaşa həmin sahələrin diplomunu tələb etməsi səbəbindən bu istiqamətlər üzrə yer üçün gərginliyin daha yüksək olduğu bildirilib. Bu ixtisaslarda əmsalların artması nəticəsində yerlər uğrunda rəqabətin daha da kəskinləşəcəyi gözlənilir.
Bununla belə, könüllü şəkildə müəllimliyi seçən abituriyentlərin də olduğu, lakin onların ümumi göstəricidə azlıq təşkil etdiyi vurğulanıb.