Peşə təhsili müəssisələrinə tələbə qəbulunun ikinci mərhələsi başlayır.

Elm və Təhsil Nazirliyi bildirir ki, qeydiyyat “portal.edu.az” platforması vasitəsilə avqustun 27-dən sentyabrın 3-dək aparılacaq.

Namizədlər qeydiyyat zamanı müvafiq peşə təhsili müəssisələrini və seçmək istədikləri ixtisasları müəyyən edə biləcəklər.

Qəbul prosesinin detalları və qeydiyyat qaydaları “portal.edu.az” üzərində təqdim olunacaq.