Qafqaz News Oxu.az-a istinadən xəbər verir ki, Şəki rayonunun Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində baş vermiş hadisə nəticəsində iki nəfərin hündürlükdən yıxılaraq ölməsi faktına görə cinayət işi başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, sentyabrın 8-də baş verən hadisə ilə əlaqədar Şəki Rayon Prokurorluğunda cinayət işi açılıb və ibtidai istintaq aparılır. Hadisənin bütün detalları üzrə çoxsaylı şahidlərin ifadələri toplanıb, məhkəmə-tibbi, əməyin təhlükəsizliyi, tikinti-texniki, trasoloji və fiziki-kimyəvi ekspertizalar təyin olunub və müvafiq rəylər alınmışdır. Eyni zamanda zəruri sorğular aidiyyəti dövlət qurumlarına göndərilib və prosesual hərəkətlər həyata keçirilib.

İlkin istintaq nəticələrinə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramiz Hüseynov istirahət mərkəzini idarə etdiyi müddətdə öhdəliklərini layiqincə yerinə yetirməyib. Onun vicdansız və laqeyd münasibəti iki nəfərin ehtiyatsızlıqla ölümünə səbəb olan səhlənkarlıq əməlində şübhə doğurur.

İstintaq çərçivəsində, Ramiz Hüseynovun rəhbərliyi altında “Zipline” kanat yolunun qülləsinin tikintisinin müvafiq lisenziya və xüsusi təhsili olmayan Abasət Paşayevə şifahi qaydada həvalə edilməsi, qanunsuz şəkildə inşa olunması üzə çıxıb. Qüllənin dəmir konstruksiyasının deformasiyası nəticəsində kanatlarda dalğalanma yaranıb və sürüşməni təmin edən əsas qurğu kanatdan çıxaraq xəsarətə səbəb olub. Nəticədə kanatdan istifadə edən Ucal Bayramov və Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq vəfat ediblər.

Cinayət işi üzrə əməllər Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümə səbəb olması) və 314.3-cü maddələrlə tövsif edilib. Noyabrın 2-də Ramiz Hüseynov 314.3-cü, Abasət Paşayev isə 124.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və müvafiq ittihamlar elan olunub. İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Şəki Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.