Qafqaz News Oxu.az-a istinadən xəbər verir ki, Moskvada Aleksey Melniçuk 2015-ci ildə erməniəsilli iş adamı Xoren Kazaryanın həyat yoldaşı ilə azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinib və xüsusi rejimli cəzaçəkmə müəssisəsində ömürlük azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin iki zərərçəkən adına maddi və mənəvi ziyana görə 8,5 milyon rubl təzminat ödənilməsinə qərar verib.

İttiham aktına görə, 2015-ci il fevralın 14-də gecə yuxarı mərtəbəli binanın damına çıxan təqsirləndirilən şəxs mənzildə qiymətli əşyalar axtararkən ev sahibəsi ilə üzləşib. Qorxaraq qadına hücum edib, dəfələrlə zərbə endirib və daha sonra dəhşətli şəkildə bıçaqca və kəsici alətlə qadını 22 dəfə xəsarətləndirib; nəticədə qadın hadisə yerində ölüb. Hadisənin şahidi olan azyaşlı qızın üzərinə də eyni alətlə ən azı 16 zərbə endirilib.

Cinayətin üzünün ört-basdır edilməsinə cəhd edərək Melniçuk hadisə yerini qismən təmizləyib və qiymətli əşyaları axtarmağa davam edib. O, qətl hadisəsindən sonra ümumi dəyəri 568 min rubldan çox olan əmlakı mənzildən oğurlayaraq oradan uzaqlaşıb.