Qafqaz News Yenisabah.az-a istinadən xəbər verir ki, Şəkidə baş verən yol-nəqliyyat hadisəsində həlak olan hərbçi Səbuhi Ağazadənin dəfn mərasimi Sumqayıtda təşkil olunub. Mərasimdə yaxınları və hərbçi ilə əlaqəli rəsmi nümayəndələr iştirak edib. Hadisə dünən Şəki-Qax avtomobil yolunun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində 24 yaşlı Laçın rayon sakini Səbuhi Ağazadə hadisə yerində dünyasını dəyişib, 4 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisənin detalları araşdırılır.