İlham Xasməmmədli 14 avqust 2026-cı il tarixindən Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Onun təhsili Azərbaycan Dövlət Aqrar Universitetindədir: 2009-cu ildə Mühəndislik fakültəsində “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə bakalavr, 2014-cü ildə isə “Elektrik təchizatı” ixtisası üzrə magistr dərəcəsi alıb.
İlham Xasməmmədli 2016–2024-cü illərdə eyni universitetin Mühəndislik fakültəsinin Energetika kafedrasında müəllim kimi fəaliyyət göstərib.
O, 2021-ci ildə “Azərişıq” ASC-nin “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Qazax Elektrik Şəbəkəsində aparıcı mühəndis, 2025-ci ildə isə Qazax Dövlət Sosial-İqtisadi Kollecində müəllim olaraq çalışıb.