Xaricdə təhsil almağı düşünən tələbə və valideynlər üçün seçim yalnız qəbul şərtləri və təhsil haqqı ilə məhdudlaşmamalıdır. Universitetin hüquqi statusu, akkreditasiyası, seçilən proqramın xüsusiyyətləri, təhsil alma forması və tədris dili barədə öncədən dəqiq məlumat toplanmalıdır.

Son illərdə xaricdə təhsil imkanlarının genişlənməsi seçim muxitini zənginləşdirsə də, doğru qərar üçün detallı araşdırma vacibdir. Müraciət etməzdən əvvəl universitetin fəaliyyət göstərdiyi ölkədə rəsmi statusunu və proqramın akkreditasiya vəziyyətini yoxlamaq məsləhətdir.

Xarici kvalifikasiyaların tanınması ilə bağlı statistika da bu ehtiyatın zəruri olduğunu göstərir. 2025-ci ilin sentyabrından 2026-cı ilin iyununa qədər tanınma üçün 5 607 müraciət daxil olub; ekspertiza yekunlaşan işlərdən 764-ü barədə mənfi rəy verilib. Bu rəqəmlər təhsilin sonrakı mərhələlərinə diqqət yetirilməsinin vacibliyini təsdiqləyir.

Məzuniyyətdən sonra diplomun ölkədə tanınması əsas suallardan biridir. Bu məsələ üzrə yalnız universitetin və ya təhsil agentliyinin verdiyi məlumatlara güvənmək yetərli deyil. Tələbə rəsmi mənbələrdən tələb olunan şərtləri yoxlamalı, seçdiyi təhsil modelinin həmin tələblərə uyğunluğunu əvvəlcədən müəyyən etməlidir. Təhsil forması, müddət və ixtisasın spesifik tələbləri xüsusi olaraq nəzərə alınmalıdır.

Beynəlxalq təhsil sahəsində fəaliyyət göstərən "Marmara Group" kimi təcrübəli qurumlar universitet seçimində kompleks yanaşmanı tövsiyə edirlər. 2011-ci ildən fəaliyyət göstərən bu şirkət müxtəlif ölkələrdə ali məktəblərlə rəsmi əlaqələr qurub və on minə yaxın tələbəyə dəstək verib.

"Marmara Group"un məsləhətinə görə, universitet və ixtisas seçimi zamanı tələbənin akademik göstəriciləri, məqsədləri, təhsil forması, tədris dili, proqramın məzmunu və gələcək karyera imkanları birlikdə qiymətləndirilməlidir. Şirkət tələbələri sənədləşmə və qəbul prosesinin mərhələlərində müşayiət edir.

Təhsil agentliyi seçərkən onun fəaliyyət tarixçəsini, universitetlərlə əməkdaşlıq formasını, təqdim etdiyi məlumat mənbələrini və xidmətlərin əhatəsini yoxlamaq lazımdır. "Diplom mütləq tanınacaq" və ya "universitetə getmədən diplom almaq mümkün" kimi qəti vədlərə ehtiyatla yanaşmaq məsləhətdir.

Xaricdə təhsil uzunmüddətli investisiyadır; buna görə reytinq və təhsil haqqı ilə yanaşı proqramın məzmunu, ixtisasın perspektivi və diplomun gələcək istifadə imkanları da qiymətləndirilməlidir. Qərar rəsmi məlumatların yoxlanması və tələbənin akademik və karyera məqsədlərinə uyğun seçimlə başlamalıdır.