Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 xidməti vasitəsilə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən yaşayış binasında bir vətəndaşın yıxılması barədə məlumat daxil olub. Hadisə ilə bağlı dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları bölgəyə cəlb edilib.
Əraziyə toplanan xilasedicilər yaranmış vəziyyəti qiymətləndirərkən 2001-ci il təvəllüdlü şəxsin dördüncü mərtəbədəki mənzildən 2-ci mərtəbənin artırma hissəsinə yıxıldığı və bu səbəbdən müxtəlif dərəcəli bədən xəsarətləri ilə köməksiz vəziyyətdə qaldığını müəyyənləşdiriblər.
Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə həmin şəxsi düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hazırda vəziyyətin müşahidə altında olduğu bildirilir.