Ötən gün polis qüvvələrinin keçirdiyi əməliyyatlar zamanı dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanıb və istintaqa göndərilib. Dövlət qurumundan verilən məlumata görə ümumilikdə axtarışda olanlar 129 nəfərdən ibarət olub. Onlardan 102-si borclu qismində axtarışda olanlar arasındadır və uyğun hüquqi prosedurla aidiyyəti üzrə təhvil verildilər.