Sabunçu rayonu, Maştağa qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində velosiped sürücüsü həlak olub. Hadisə zamanı 1959-cu il təvəllüdlü Ədalət Bədəlovun idarə etdiyi VAZ-2109 markalı avtomobil velosipedlə hərəkət edən 1993-cü il təvəllüdlü Ülfət Hüseynovu vurub. Hadisə yerində həyatını itirən velosipedçinin ölümü ilə bağlı fakt üzrə araşdırma aparılır. Cinayət işi başlanıb.