Oktyabrın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatı əsasında “Bakupost” xəbər verib. Məlumata görə, ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə aralıq qar yağışı müşahidə olunub.

Düşən yağıntının miqdarı göstərilib ki, ən yüksək miqdar Daşkəsən və Lerik bölgələrində — 10 mm, Biləsuvar, Oğuzda — 9 mm, Gədəbəy, Şamaxıda — 8 mm, Qobustanda, Qəbələdə, Astarada — 7 mm, Şahbuz, Tərtər, Kürdəmirdə — 6 mm, Bərdə, Şəmkir, Zərdab, Ağstafada — 5 mm, Gəncə, Neftçalada, İmişlidə — 4 mm, Şəki, Yevlax, Tovuz, Sarıbış (Qax), Zəngilan və digər bəzi rayonlarda 2–3 mm arasında dəyişib. Bakı şəhəri və Abşeron yarımadasında isə yağış miqdarı 1 mm-ə qədər qeydə alınıb.

Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalıda da aralıq yağış yağıb.

Hava şəraitinə görə Daşkəsən, Ordubad, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Qusar, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Göyçay, Lerik rayonlarında duman müşahidə olunub, görünüş məsafəsi bəzən 500 metrədək məhdudlaşıb.