Finlandiyanın telekommunikasiya avadanlıqları istehsalçısı Nokia 2026-cı ilin sonuna qədər Çin ərazisindəki bütün zavodlarını bağlamağı planlaşdırır.

Şirkətin 2025-ci ilin sonuna olan göstəricilərinə görə, Çində, Honkonqda və Tayvanda çalışan işçi heyətinin ümumi sayı təxminən 7,2 min nəfərdir. Nokia 2026-cı ilin sonuna qədər bu işçi kontingentinin böyük hissəsini işdən çıxarmağı nəzərdə tutur.

Rəhbərlik son illərdə biznesin zəifləməsi fonunda ölkədəki fəaliyyətlə bağlı struktur dəyişiklikləri həyata keçirməyə qərar verib. Qərarın məqsədi əməliyyatları yenidən qurmaq və gələcək fəaliyyətləri optimallaşdırmaqdır.

Bu dövrdə HMD şirkəti brendin daha sərfəli modelini təqdim edib: 22 iyul tarixli təqdimatda düyməli Nokia 123 Shield nümayiş olunub. Avropada yeni telefon təxminən 35 avroya satışa çıxarılıb.

Nokia 123 Shield modeli IP65 standartına uyğun olaraq yağışa, su sıçrayışlarına, quma və toza qarşı qorunma təmin edir. Cihaz sürüşməyən yan tərəflərlə və qulaqlıq ilə şarj girişlərini qoruyan rezin qapaqlarla təchiz edilib.