Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində bu il sentyabrın 8-də iki şəxsin hündürlükdən yıxılaraq vəfat etməsi faktı ilə bağlı iki nəfər həbs olunub.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən bu məlumatı təsdiqlənib. Cinayət işi Şəki rayon prokurorluğunda başlanıb və ibtidai istintaq davam edir. Hadisənin bütün hallarının araşdırılması üçün çoxsaylı şahid ifadələri toplanıb, məhkəmə-tibbi, əməyin təhlükəsizliyi, tikinti-texniki, trasoloji və fiziki-kimyəvi ekspertizalar təyin edilib. Müvafiq rəylər əldə olunub, dövlət qurumlarına və digər təşkilatlara sorğular verilib, əlavə prosessual tədbirlər həyata keçirilmişdir.

İstintaq zamanı müəyyən olunub ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramiz Hüseynov müdiriyyət etdiyi istirahət mərkəzində üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirmədiyi üçün ehtiyatsızlıqdan iki nəfərin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Bununla yanaşı, qüllənin inşasını müvafiq lisensiya və xüsusi təhsil olmayan Abasət Paşayevə şifahi qaydada həvalə edən Ramiz Hüseynov öz rəhbərliyi ilə bu qurğunun qanunsuz inşa olunmasına yol açıb. Qüllənin üzərindəki dəmir konstruksiyanın deformasiyaya uğraması nəticəsində zipline qurğusundakı dalğalanma yaranıb və sürüşmə təmin edən əsas qurğu zipline-dan çıxıb. Kustar üsulla hazırlanan tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsi kanata keçirildiyindən qurğu titrəyərək zərər görüb; nəticədə qurğudan istifadə edən Ucal Bayramov və Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq xəsarətlərdən dünyasını dəyişiblər.

Cinayət işi üzrə maddi hüquqi əsaslar isə 314.3-cü maddə ilə ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin öldürməsi (124.2) və iki nəfərin ölümünə səbəb olan səhlənkarlıq (314.3) olaraq tövsif edilib. Noyabrın 2-də Ramiz Hüseynov buna görə 314.3-cü, Abasət Paşayev isə 124.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilib. Prokurorların təqdimatları əsasında Şəki rayon məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.