Çin 2030-cu ilə qədər Ay səthinə ilk astronavtı çatdırmağı planlaşdırır. Rəsmi açıqlamaya əsasən, missiya iki buraxılış – bir eniş prinsipi əsasında gerçəkləşdiriləcək. Dövlətin xəbər agentliyi Sinxua tərəfindən bildirildi. Ay tədqiqat proqramının baş konstruktoru Van Syanın sözlərinə görə, ilkin mərhələdə iki Çançjen-10 daşıyıcı raketi vasitəsilə Lanyue adlı Ay eniş modulunu və Mençjou adlı pilotlu kosmik gəmisini kosmosa göndəriləcək. Hər iki qurğu Ay orbitində bir-biri ilə görüşüb birləşəcək və daha sonra astronavtlar eniş moduluna keçərək Ayın səthinə enəcəklər. Ekipaj üç nəfərdən ibarət olsa da, yalnız ikisi Ay səthinə enəcək və onların əsas vəzifəsi elmi tədqiqatlar olacaq. Missiya başa çatdıqdan sonra astronavtlar pilotlu kosmik gəmiyə dönərək Yerə qayıdacaqlar. Hazırlıq çərçivəsində əvvəlcə Ay orbitində üç pilotsuz texnologiya sınağı aparılacaq, bundan sonra isə pilotlu eniş reallaşacaq. Buraxılışlar hamısı Çin cənubundakı Hainan adasında yerləşən Vençan kosmodromundan həyata keçiriləcək.