Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Konstitusiya buna imkan versəydi, üçüncü prezidentlik müddəti üçün namizədliyini irəli sürmək istədiyini bildirib.
Demokrat.az xəbər verir ki, Tramp bunu "New York Post" qəzetinin "Pod Force One" podkastına müsahibəsində deyib. O, ABŞ Konstitusiyasına 22-ci düzəlişlə müəyyən edilmiş məhdudiyyətlərin kifayət qədər sərt olduğunu etiraf edib.
ABŞ Konstitusiyasının 22-ci düzəlişi eyni şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edir. Bu məhdudiyyətin aradan qaldırılması üçün Konqresin hər iki palatasının üçdə ikisinin və ştatların dörddə üçünün dəstəyi tələb olunur.