Qafqaz News Baku.ws-a istinadən xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask Marsın gələcəkdə ABŞ-nın bir hissəsi ola biləcəyini bildirib. Baku.ws-in məlumatına görə, bu açıqlama 2025-ci il martın 30-da ABŞ-nin Viskonsin ştatında keçirilən tədbirdə səsləndirilib.
“Amerikada öləcəyəm. Heç yerə getmirəm. Bəlkə Marsa gedərəm, amma ora da ABŞ-nin bir hissəsi olacaq”, – deyə o bildirib.
Maskın bu sözləri planetin gələcəyi və kosmosda suverenlik hüquqları ilə bağlı müzakirələrə səbəb olsa da, onun açıqlaması Marsın ABŞ ərazisi elan edilməsi və ya bu istiqamətdə rəsmi qərar qəbul edilməsi demək deyil.
Qeyd edək ki, İlon Mask uzun müddətdir Marsa insan göndərilməsi və orada daimi yaşayış məskəninin yaradılması layihəsi üzərində çalışır.