İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Türkiyə və Səudiyyə Ərəbistanına qarşı da addımlar ata biləcəyi barədə iddia yayıb. Rzayi bunu İsrailin növbəti hədəfləri kimi Türkiyə və sonrasında Səudiyyə Ərəbistanının adını çəkərək xəbərdarlıq etdiyini bildirib. Onun sözlərinə görə, Şahzadə Xalid bin Salman Tehranda keçirilən görüş zamanı bu ehtimalı dilə gətirib. İranlı rəsmi əlavə edib ki, Türkiyə və Pakistan nümayəndələrinin də İsrailin regiondakı hərəkətləri və mümkün hərbi planları ilə bağlı narahatlıqlarını ifadə ediblər. Qeyd olunub ki, oktyabrın 26-da Tehranda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndələrinin iştirakı ilə regional təhlükəsizlik məsələləri müzakirə olunub. Görüşdən sonra tərəflər dialoqu davam etdirmək və regional təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.