Qafqaz News Oxu.az-a istinadən xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Türkiyənin Fənərbağça klubu ilə bağlı yayılan iddialara münasibət bildirib.

Litvalı mütəxəssis CBC Sport-a açıqlamasında İstanbul təmsilçisinə keçəcəyi barədə məlumatların həqiqəti əks etdirmədiyini deyib. “Fənərbağça’ya gedəcəyimlə bağlı xəbərlər reallığı əks etdirmir. Buna görə də şayiələri şərh etmək istəmirəm”, - o ifadə edib.

Dambrauskas həmçinin UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçdə Vikinq ilə keçiriləcək matç barədə fikirlərini bölüşüb. Baş məşqçi hazırlıq üçün vaxtlarının az olduğunu, amma ölkəni layiqincə təmsil etməyə çalışacaqlarını vurğulayıb: “Çempionlar Liqasında heç bir oyun asan keçmir. Hazırlaşmaq üçün vaxtımız az idi. Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Səfərdən sərfəli nəticə ilə qayıtmaq istəyirik. Rəqibin 14 ev oyununda məğlub olmaması və süni örtüklü meydançada oynamasını dəyişə bilmərik. Sadəcə öz oyunumuzla köklənməliyik”.

Qeyd edək ki, Vikinq - Sabah qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.