Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, Vikinq ilə Sabah komandaları arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçı üçün hakim təyinatları açıqlanıb. Görüşü idarə edəcək briqadanın baş hakimi Niderlanddan olan Sander van der Eyk-dir. Ona yan xətt hakimləri Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər; dördüncü hakim funksiyasını isə Coui Koy yerinə yetirəcək. Matç noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.