Qafqaz News Manset.az-a istinadən xəbər verir ki, İspaniya millisinin və Barselonanın futbolçusu Lamin Yamal bu mövsüm Avropa liqalarının ən məhsuldar oyunçu sıralamasında zirvəyə yüksəlib. 19 yaşlı ulduz toplamda 28 qolun vurulmasında iştirak edib. Siyahıda ikinci yerdə isə İngiltərə millisinin və Almaniyanın Bayern Münhen klubunun hücumçusu Harri Keyn (25) yer alır. Bu üçlüyün davamını Münxen təmsilçisində oynayan fransız futbolçu Maykl Olise (24) tamamlayır.
Lamin Yamal qol və məhsuldar ötürmələrlə Avropa liqalarında lider oldu
İspaniya millisinin və Barselonanın ulduzu Lamin Yamal bu mövsüm Avropa liqalarında qol və məhsuldar ötürmələrlə ən çox iştirak edənlər siyahısında birinci sıradadır.
Mənbə: Manşet
(2 Noyabr 2026)