Moskvadakı Şeremetyevo beynəlxalq hava limanının yaxınlığında düşən pilotsuz uçuş aparatının (PUA) qalıqlarının yanğına səbəb olduğu bildirilir. KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı Ukrayna və Rusiya kanalları video və fotolar paylaşıblar. İddia olunan məlumata görə, yanğın hava limanı yaxınlığında yerləşən və Rostneft şirkətinə məxsus neft bazasında baş verib.

Bildirilir ki, hadisədən əvvəl Şeremetyevo ərazisində hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub. Hələlik PUA-nın həmin əraziyə düşməsi, mümkün dağıntılar və itkilər barədə rəsmi məlumat verilməyib.

Qeyd olunur ki, Moskva meri Sergey Sobyanin oktyabrın 31-də paytaxta doğru uçan bir neçə PUA-nın vurulduğunu açıqlayıb.