Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin F. Xoyski küçəsi ilə Rüzügar Qasımov küçəsinin kəsişməsində baş tutub. 19 saylı marşrut üzrə hərəkət edən “Baku Bus”a məxsus avtobus “KİA” markalı avtomobillə toqquşub. Nəticədə sərnişin avtobusu ağacın yaxınlığına çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyata mühüm ziyan dəyib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.