Azərbaycan vətəndaşı, dələduzluqda şübhəli bilinərək İnterpol xətti ilə beynəlxalq axtarış siyahısında olduğu bildirilir. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Amur vilayəti üzrə İnterpol Milli Mərkəzi Bürosunun əməkdaşları və Svobodnı şəhər polisinin cinayət axtarışı bölməsi birlikdə əməliyyat keçirərək şübhəli şəxsi saxlayıblar. Rəsmilər əlavə edib ki, həmin vətəndaş etibardan sui-istifadə yolu ilə özgəsinin əmlakını qanunsuz ələ keçirmədə şübhəli sayılır. Axtarışın təşəbbüsü Azərbaycan tərəfi olub. Şübhəli Svobodnı şəhəri yaxınlığında saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçildikdən sonra ekstradisiya proseduru çərçivəsində Azərbaycana təhvil verilib.