Fransada oktyabrın 31-də gözlənilən ümummilli etirazlar çərçivəsində hüquq-mühafizə orqanlarının əməliyyat planı açıqlanıb. Prezident Emmanuel Makronun siyasətinə və yaşayış xərclərinin artırılmasına qarşı keçiriləcək aksiyalara cavab olaraq 70 min polis əməkdaşı səfərbər olunacaq. Parisdə ictimai asayişin qorunması məqsədilə 40 metro stansiyasının müvəqqəti olaraq fəaliyyəti dayandırılacaq.
İçişlər nazirinin sözçüsü bildirib ki, “çox yüksək riskli dövr” kimi dəyərləndirilən bu günlərdə iğtişaşlar ehtimalına qarşı bütün qüvvələr səfərbər olunacaq. Hökumət nümayəndələri maska taxaraq kimlik örtmək istəyən iştirakçıların da ola biləcəyinə işarə edib və bu halın müvafiq qanunvericiliyə görə qadağan ola biləcəyini qeyd ediblər.
RATP isə səhifəsində açıqlama verərək paytaxtda kütləvi aksiyalarla əlaqədar olaraq 40 metro stansiyasının fəaliyyətini müvəqqəti dayandıracağını bildirib. Qeyd olunub ki, stansiyalar polis prefekturasının tələbi əsasında və təhlükəsizlik məqsədilə bağlı qalacaq.
Fransada 2027-ci ilin büdcəsinin müzakirəsi ilə bağlı dalğalanmanın sentyabrdan etibarən artdığı bildirilir. O dönəmdə məktəb şagirdləri tədris şəraitinin yaxşılaşdırılmasını, müəllim çatışmazlığı probleminin həllini tələb edib. Sonda həmkarlar ittifaqları və “sarı jiletlilər” də etirazlara qoşulublar.