ATƏT Baş katibi vəzifəsini daşıyan Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsü Türkiyə tərəfindən irəli sürüldüyü bildirilir. Bu mövzu ilə bağlı Azərbaycan XİN-in mətbuat xidməti Ayxan Hacızadə mediaya verdiyi açıqlamada namizədin peşəkar keyfiyyətləri, beynəlxalq və diplomatik təcrübəsi, qərəzsizliyi və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığının önəminə diqqət çəkib. Hacızadə qeyd edib ki, davam edən məsləhətləşmələr və üzv dövlətlər arasında konstruktiv dialoq nəticəsində BMT-nin müasir qlobal çağırışlara daha səmərəli cavab vermək imkanlarını gücləndirəcək müvafiq qərar qəbul olunacaq. Xatırladılır ki, BMT Təhlükəsizlik Şurası hələ də vahid bir namizəd üzərində razılığa gələ bilməyib. 30 oktyabrda Türkiyə Cumhuriyyəti Feridun Sinirlioğlunun namizədliyini irəli sürüb.