Haber Global-in məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvəsi öncəsi “Türk Dünyası Yüzyılı: Dayanışmadan Bütünleşmeye” başlıqlı məqalə yayımlayıb.
Məqaləyə “Türk dünyasının birliyi, ortak tariximizdən devraldığımız köklü mirasın və müşterek istikbalimizi şekillendirme irademizin en güçlü tezahürüdür” sözləri ilə başlayan Ərdoğan bildirmişdir ki, fərqli coğrafiyalarda əsrlər boyu baş verən sınaqlara rəğmən qardaş xalqları birləşdirən ürək körpüləri bu gün Türk Dövlətləri Təşkilatı çətiri altında siyasi, humanitar, iqtisadi və mədəni əməkdaşlığın möhkəm təməlini təşkil edir.
Ərdoğan Ankarada keçiriləcək Zirvənin əhəmiyyətinə və Türkiyənin qəbul edəcəyi növbəti sədrlik dövrünə diqqət çəkərək qeyd edib ki, “Ankara'da ‘Türk Yüzyılı: Dildə, Fikirde, İşte Birlik’ mövzusu ilə keçirəcəyimiz 13-cü Zirvəni bu ortaq iradənin daha da möhkəmlənəcəyi mühüm görüş kimi qiymətləndirirəm. Zirvə ilə birlikdə, Can Azərbaycan'dan devralacağımız dönəm sədrliyini Türk dünyasının ortaq hədəflərinə çatması və Təşkilatımızın institusional gücünün artırılması baxımından tarixi məsuliyyət kimi görürəm.”
İsmayıl Qaspralıdan gələn birlik ideyasının bu gün Təşkilatın fəaliyyətlərinə ilham verdiyini vurğulayan Ərdoğan bildirmişdir ki, Naxçıvanda qoyulan əsaslar üzərində yüksələn Təşkilat ortaq tarix və mədəniyyətdən aldığı güc ilə daha təsirli struktura çevrilir. O, qardaşlığı gələcək nəsillərə daşıyacaq müəssisələri gücləndirməyin və ortaq iradəni layihələrlə daimi nəticələrə çevirməyin zamanının yetişdiyini qeyd edib.
“Türk dövlətlərinin dayanışması strateji zərurətə çevrilib” başlığı altında dünya siyasətindəki dəyişikliklərə toxunan Prezident Ərdoğan söyləyib: “Dünya siyasəti köklü bir dəyişimdən keçir. Beynəlxalq sistemin ədalət və təhlükəsizliyi təmin etməkdə çətinlik çəkdiyi, münaqişə və böhranların geniş coğrafiyaları təsir etdiyi dövrdə Türk dövlətlərinin dayanışması strateji zərurətə çevrilmişdir. Ortak iradə ətrafında birləşən Türk dövlətləri ən ağır sınaqlardan keçəcək və öz talelərini müəyyən edəcək gücə sahibdir. Türk dünyasının birliyinin əsası hər bir qardaş ölkənin suverenliyinə, müstəqilliyinə və milli iradəsinə hörmətdir. Bu birlik ortaq dəyərlər qədər qarşılıqlı inam və maraqlar üzərində inşa olunacaq.”
Məqalədə iqtisadi inteqrasiyanın prioritetlər sırasında olduğunu vurğulayan Ərdoğan Xəzər üzərindən keçən Şərq-Qərb Orta Koridorunun təqdim etdiyi imkanlara diqqət çəkib. O qeyd edib ki, Türk coğrafiyası Asiya ilə Avropa arasındakı ticarətin yenidən formalaşdığı dövrdə qlobal nəqliyyat və logistika şəbəkələrinin mühüm mərkəzlərindən birinə çevrilə bilər. Dəmir yolları, limanlar, avtomobil yolları və gömrük sistemlərinin tamamlayıcı şəkildə inkişaf etdiriləcəyini, Xəzərin iki sahilini birləşdirən hər bir yatırımın qardaş ölkələr arasındakı ticarəti artıracağını bildirib.
Ərdoğan əlavə edib ki, Türk İnvestisiya Fondunu daha effektiv istifadə edəcək, ölkələr arasındakı ticarətin qabağındakı maneələri birlikdə aradan qaldıracaq, istehsal və investisiyada bir-birinin gücünü artıracaqlar. Enerji mənbələri, bərpa olunan enerji potensialı və rabitə infrastrukturu ortaq hədəflər çərçivəsində ən səmərəli şəkildə istifadə ediləcək.
Prezident iqtisadi sahədə qurulan həmrəyliyin təhlükəsizlik sahəsində də davam etdirildiyini bildirib. O qeyd edib ki, terrorizm, sərhədlərarası cinayətlər, kiber təhdidlər və təbii fəlakətlər qarşısında imkanlar birləşdirilərək birgə hərəkət qabiliyyəti inkişaf etdiriləcək. Müdafiə sənayesində təcrübə mübadiləsi aparılacaq, yerli və milli texnologiyalar inkişaf etdirilərək ortaq istehsal qabiliyyəti artırılacaq.
Ərdoğan Türk dünyasının ortaq tarixi və mədəni irsinin birliyin ən dəyərli dayağı olduğunu vurğulayıb və Hoca Əhməd Yəsəvi, Əli Şir Nevai, Nizami Gəncəvi, Mahtumqulu Firqi, Yunus Emre və Cengiz Aytmatov kimi ədəbi-mədəni şəxsiyyətlərin bu irsin ümumi zənginliyinə işıq tutduğunu bildirib.
Ortak türk əlifbası barədə göstərilən iradəni mədəni yaxınlaşma baxımından tarixi addım kimi qiymətləndirən Ərdoğan bunu təhsil, elm, nəşriyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıqlarla irəli aparmağı, gənclərin qardaş ölkələrdə təhsilini təşviq etməyi, universitetləri və alimləri bir araya gətirməyi və türk dillərinin süni intellekt dövründə layiqli yerini təmin etməyi vəd edib.
Prezident həmçinin Kıbrıs Türk xalqı ilə həmrəyliyin davam etdirildiyini vurğulayıb. O, Şimali Kıbrıs Türk Cümhuriyyətinin Təşkilatdakı müşahidəçi statusunun verdiyi imkanların genişləndirilməsinə və qardaş ölkələrlə əlaqələrinin gücləndirilməsinə böyük önəm verdiklərini bildirib. Kıbrıs Türk xalqının üzləşdiyi ədalətsiz izolyasiyaların aradan qaldırılması, suveren bərabərliklərinin və bərabər beynəlxalq statuslarının tanınması istiqamətində qətiyyətli mövqelərini davam etdirəcəklərini açıqlayıb.
Ərdoğan bildirib ki, Türk Dövlətləri Təşkilatının güclənməsi ortaq coğrafiyada sülhün və qarşılıqlı inamın möhkəmlənməsinə xidmət edəcək və təşkilat regional və qlobal sabitliyə töhfə verməyə davam edəcək.
Məqaləni yekunlaşdıraraq Prezident Rəcəb Tayyib Ərdoğan yazıb: “21-ci əsrin ‘Türk Dünyası Yüzyılı’ olacağına qəlbdən inanıram. Ankara Zirvəsi bu hədəf naminə yeni üfüqlər açacaq, Təşkilatımızın beynəlxalq aləmdə təsirini artıracaq və qardaş ölkələrimiz arasındakı həmrəyliyi daha da möhkəmləndirəcək. Əsr boyunca ürəklərimizdə yaşatdığımız birlik ideyasını davamlı əsərlərlə taçlandırmaq və gələcək nəsillərə hər baxımdan daha qüdrətli bir Türk dünyası mirası qoymaq bizim ən böyük vəzifəmizdir.”