Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib ki, ölkənin növbəti prezident postuna qadın namizəd seçilməsi məqsədəuyğundur. Merkel bu fikrini Magenta TV-ə verdiyi müsahibədə ifadə edib. O qeyd edib ki, Almaniya tarixində 77 il ərzində hələ heç vaxt qadın federal prezidentə sahib olmayıb. Eyni zamanda, hazırkı şəraitdə dövlət başçısı vəzifəsinə qadın namizədin seçilməsi ilə bağlı fərqli baxışlar mövcud olduğunu vurğulayıb və post üçün layiq qadın siyasətçiləri tanıdığını əlavə edib, amma adlarını açıqlamaq istəmədiyini deyib.
Xəbərə görə, Almaniya dövlətinin gələcək rəhbərini seçmək üçün xüsusi orqan olan Federal Məclis 2027-ci ilin yanvarında toplanacaq. Bu qurum 1 260 nümayəndədən ibarətdir; nümayəndələrin yarısı Bundestaqın deputatları, digər yarısı isə federal əyalətlərin parlamentləri tərəfindən irəli sürülmüş nümayəndilərdən ibarətdir.
Qeyd etmək lazımdır ki, hazırkı Prezident Frank-Valter Ştaynmayer iki müddət ardıcıl vəzifədə olduğu üçün növbəti təyinat üçün namizədliyini irəli sürə bilməz.