Rusiya ilə Azərbaycan arasında Moskva–Bakı marşrutu üzrə lüks kruiz gəmisinin fəaliyyətə başlaması planlaşdırılır. Bakupost xəbər verir ki, bu məsələdən Rusiya Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov “Zvezda” telekanalının efirində danışıb.
Hakimov bildirib ki, Moskva ilə Bakı arasında səyahət ümumilikdə təxminən 14 gün çəkəcək. Hər istiqamət üzrə səyahət üçün isə təxminən bir həftə ayrılması nəzərdə tutulub. Hazırda layihə üçün bir gəmi artıq hazırdır; yaxın gələcəkdə isə iki gəminin istifadəyə verilməsi gözlənilir.
O əlavə edib ki, layihənin həyata keçirilməsində Rusiya dövləti, o cümlədən Rusiya Sənaye və Ticarət Nazirliyi tərəfindən dəstək göstərilir.