Bakı şəhərində Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 37-ci məhəllədə avtomobillərin nizamsız park etməsi sakinlər üçün ciddi problemə çevrilib. Patrul.az-ın qaynar xəttinə müraciət edən vətəndaşın sözlərinə görə, ərazidə avtomobillər yolun hərəkət hissəsini zəbt edərək park edilir. Nəticədə məhəlləyə giriş-çıxış çətinləşir, sürücülər isə ərazidən rahat şəkildə istifadə edə bilmirlər.

Şikayətçi bildirib ki, avtomobillərin bu formada saxlanılması səbəbindən məhəlləyə daxil olmaq və oradan çıxmaq, demək olar ki, mümkünsüz hala gəlib.

Vətəndaş aidiyyəti qurumların ərazidə yaranmış vəziyyətə müdaxilə etməsini, qanunsuz və nizamsız parklanmanın qarşısının alınmasını xahiş edirlər.