Laçın rayonu ərazisində su kənarında nadir vaşaq (çöl pişiyi) görünüb. Videogörüntülər Patrul.az-ın qaynar xəttinə daxil olub. Kadrlarda Laçın təbiətinin ecazkar mənzərəsi fonunda su kənarında dayanan vaşaq kameraya baxdıqdan sonra uzaqlaşaraq dik dağ yamacı arasında gözdən itib. Vaşaq növünün sayında azalma təhlükəsi ilə əlaqədar bu heyvanlar Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilib və ovlanması qadağandır. Qeyd olunub ki, bu görkəmli görüntü işğaldan azad edilmiş Laçın rayonunda hərbi fəaliyyətlərin və partlayış səslərinin kəsilməsi nəticəsində zəngin vəhşi təbiət aləminin yenidən öz doğma yurduna qayıdışının göstəricisidir.