İcbari Sığorta Bürosu (İSB) Zəmanət fondu kimi indiyədək müflis elan edilən sığorta şirkətlərinə 5,796 milyon manat ödəniş edib. Bu rəqəm İSB-nin Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalovanın tədbirdə verdiyi məlumata görə açıqlanıb.
Məlumata əsasən, ödənişlərdən 5,485 milyon manatı “Standard İnsurance” şirkətinə, 311 min manatı isə “Alfa Sığorta” şirkətinə düşüb.
Xatırladaq ki, “Standard İnsurance” 29 iyul 2020-ci ildə ləğv edilib, “Alfa Sığorta” isə 26 avqust 2016-cı ildə ləğv olunub.