Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Ankara sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Yeniavaz.com xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlərin cari vəziyyəti müzakirə olunub və müttəfiqlik əlaqələrinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, TDT çərçivəsində əməkdaşlığın genişləndirilməsi, türk dünyasının birliyinin və həmrəyliyinin artırılması ilə yanaşı, qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.