Dünya əmtəə birjalarında qiymətli metalların qiymətində sərt eniş müşahidə olunur. KONKRET.az xəbər verir ki, “Comex” birjasında 2026-cı ilin dekabr çatdırılması üzrə qızıl fyuçerslərinin dəyəri noyabr ayından bəri ilk dəfə 1 troy unsiyası üçün psixoloji hədd olan 3 950 dolların aşağısında qeydə alınıb.
Qısamüddətli əməliyyatlarda qızılın qiyməti 2,06 faiz ucuzlaşaraq 3 948,3 dollara qədər geriləyib.
Buna paralel olaraq gümüş bazarında da eyni istiqamətdə eniş davam edib. Birja göstəricilərinə əsasən, gümüşün dəyəri 4,98 faiz azalma ilə 1 troy unsiyası üçün 49,77 dollar səviyyəsinə endi.